Tovuzda qəza: ölən və xəsarət alanlar var

Baş səhifə

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.