Bakı. Trend:
Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.
Trend-in
məlumatına görə, yarımfinalda “Frayburq”a 2:1 hesabı ilə qalib
gələn “Ştutqart” həlledici görüşə vəsiqə qazanıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədə
vurulan qolla qələbə qazanan “Ştutqart” finalda “Bavariya”nın
rəqibi olub.
Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın
23-də keçiriləcək.

