Yaponiyada quş qripi – Yüz minlərlə toyuq məhv edilir

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Aomori prefekturasında yayılan quş qripi ilə
əlaqədar 230 mindən çox toyuq məhv edilib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




Həmin rayonda 32 quşçuluq ferması ətrafında 10 km radiusda
qadağan olunmuş zona tətbiq olunub.

Mütəxəssislər hesab edirlər ki, yayılan xəstəliyin ciddi
iqtisadi fəsadları ola bilər. Belə ki, 2023-cü ildə quş qripi
dalğası ilə əlaqədar toyuqların kütləvi şəkildə məhv edilməsi
1991-ci ildən bəri ölkədə ən yüksək yumurta qiymətlərinə səbəb
olmuşdu. Yumurtanın satış qiyməti öncəki illə müqayisədə 76 faiz
bahalaşmışdı. Bəzi supermarketlərdə pərakəndə satış zamanı
müştərilərə say məhdudiyyəti belə qoyulmuşdu.