Hesablama Palatası Dövlət Gömrük Komitəsində nöqsanlar aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Hesablama Palatası Dövlət Gömrük Komitəsində nöqsanlar
aşkarlayıb.

Trend bu barədə
palataya istinadən xəbər verir.

Bildirilib ki, komitənin depozit və tapşırıqlar hesabının (Fond
7) qalığı büdcədənkənar vəsaitlər (xərclənməsinə sərəncamvermə
hüququ Komitədə olan) üzrə 01.01.2024-cü il tarixinə 4659,51 min
manat, 01.01.2025-ci il tarixinə 4891,08 min manat təşkil etdiyi
halda həmin pul vəsaitlərinin hərəkətinin komitənin müvafiq maliyyə
uçotu sənədlərində əks etdirilməsi təmin edilməyib.

2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından
daxil olmaqla müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min
manat məbləğində vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən
Komitənin aidiyyəti xəzinə hesabına deyil, hesabın
möhkəmləndirilməsi adı altında birliyin bank hesabına
yönəldilib.




Auditlə toplanmış sübutlar müvafiq informasiya mənbələrinin (o
cümlədən, ilkin uçot sənədlərinin) mövcud olmasına baxmayaraq
inzibati cərimələrin hesablanmış, ödənilmiş və borc məbləğlərinin
ünvanlı uçotunun (o cümlədən, reyestrinin (tətbiq edilmiş cərimələr
üzrə ilin əvvəlinə qalığı olan şəxslərin adlı siyahısı, eləcə də
gömrük qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati
Xətalar Məcəlləsinin maddələri səviyyəsində inzibati xətalar
haqqında işlər üzrə tərtib edilmiş protokolların sayı, aşkar
edilmiş xətaların sayı, tətbiq edilmiş cərimələrin sayı, məbləği və
s. rekvizitlər üzrə) tam aparılmadığı müəyyən edilib.

“Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni
inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr
üzrə aparılmış hesablaşmalarla kapitallaşdırılmalı olan dəyərin
17988,8 min manata bərabər olduğu halda maliyyə uçotu sənədlərində
2733,9 min manat az əks etdirilməyib.

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası
auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və
çatışmazlıqların aradan qaldırılması çərçivəsində 966,1 min
manatının dövlət büdcəsinə və 828,2 min manatının natura ifadəsində
bərpa olunması, 3166,5 min manatının maliyyə (mühasibat) uçotuna)
uçota alınması nəzərə alınmış, digər nöqsanların aradan
qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi,
eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar
qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun zəruri
tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti quruma zəruri sənəd
və məlumatların göndərilməsi barədə qərar qəbul edib.