Nazir Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaşların qəbulunun vaxtı dəyişib

Baş səhifə

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 aprel 2026-cı il tarixində Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.