
Bakı.Trend:
Bu ilin yanvar-fevral aylarında Rusiyadan Azərbaycana 16,990
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 42,287
min ton xam neft və neft məhsulları idxal edilib.
Bu barədə Trend
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən
məlumat verir.
Qurumun məlumatına görə, ötən ilin yanvar-fevral ayları ilə
müqayisədə göstərici dəyər ifadəsində 99,693 milyon ABŞ dolları və
ya 6,9 dəfə, həcm baxımından isə 187,175 min ton və ya 5,4 dəfə
azdır.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan
bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsullarını
yalnız bir ölkədən — Rusiyadan idxal edib.
Əlavə edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan
dünyanın 21 ölkəsinə 3,600 milyon ton bitumlu süxurlardan əldə
olunaxam neft vən neft məhsulları ixrac edib. İxracın dəyəri 1,704
milyard ABŞ dolları olub. 2025-ci ilin yanvar-fevral ayları ilə
müqayisədə ixracın dəyəri 969 milyon ABŞ dolları və ya 36,2%, həcmi
isə 1,178 milyon ton və ya 24,7% azalıb.

