Tonqa sahillərində 6 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Sakit okeanda Tonqa Krallığının paytaxtı Nukualofa şəhərindən
(Tonqatapu adası) 676 km şimal-şimal-şərqdə 6 bal gücündə zəlzələ
qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Neiafu adasından təxminən
373 km şimalda olub.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilib.