
Bakı.Trend:
Gəncədə dəri sexlərinin birindən 2000 manatlıq elektrik
mühərriklərinin mis sarğıları oğurlanıb.
Trend-in
məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının
keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov
saxlanılıb.
Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf
edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə
satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

