Bakı. Trend:
İsrail ordusu gecə yarısı atəşkəs elan edildikdən sonra Livanın
cənubunu atəşə tutmağa davam edir.
Trend-in məlumatına görə, bu barədə Livanın Milli İnformasiya
Agentliyi xəbər verib.
Məlumata əsasən, İsrail Livanın cənubundakı Xiam və Dbeybin
şəhərlərini pulemyotlardan atəşə tutub.
Qərbi Bekaa bölgəsində də PUA hücumları qeydə alınıb.

