
“Turan Bank” ASC bu ilin I rübünü 2,879 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Yanvar-mart aylarında “Turan Bank”ın gəlirləri 34,493 milyon manat (1 il əvvələ nisbətən 21,3 % çox), xərcləri 27,502 milyon manat (27,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 4,111 milyon manat (28 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Turan Bank”ın aktivləri 901,279 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 % çoxdur. Bunun 674,249 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,5 % böyüyüb.
Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 2,8 % artaraq 793,899 milyon manata, o cümlədən depozit portfeli 2 % artaraq 446,791 milyon manata, balans kapitalı isə 4 % artaraq 107,38 milyon manata çatıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,006 milyon manatdır. Bankın səhmlərinin 42,9 %-i 8 hüquqi şəxsə, 57,1%-i isə 20 fiziki şəxsə məxsusdur.

