ABŞ narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanda narkotik ticarəti ilə məşğul olan
gəmiyə hücum edib, dörd nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin
Cənub Komandanlığı “X” sosial şəbəkəsində yazıb.




“Cənub Komandanlığı Komandanı Fransis Donovanın əmri ilə, “Cənubi Nizə” Birgə Operativ Qrupu 14 apreldə gəmiyə ölümcül zərbə
endirdi. Kəşfiyyat gəminin Şərqi Sakit Okean bölgəsində narkotik
qaçaqmalçılığı üçün məlum marşrutlar boyunca üzdüyünü və narkotik
ticarəti üçün istifadə edildiyini təsdiqləyib”, – deyə
bildirilib.