Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları ölkəyə qayıdıblar (VİDEO)

Baş səhifə

Bakı. Trend:

8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində
keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatında
iştirak edən Azərbaycan idmançıları ölkəyə qayıdıblar.

Trend xəbər
verir ki, gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportu idman
ictimaiyyəti, media nümayəndələri, idmançıların yaxınları və digər
şəxslər qarşılayıblar.

Qeyd edək ki, Avropa Çempionatı Azərbaycan gimnastikası üçün
əlamətdar nəticələrlə yekunlaşıb.




Ölkəmiz bu mötəbər yarışda gənclər və böyüklər yaş
kateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub və
idmançılarımız yarış boyunca yüksək performans nümayiş
etdiriblər.

Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sıra
kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə
aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova
çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı
pillədə tamamlayıb.