Lavrov Çinə rəsmi səfərə gəlib

Baş səhifə

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə
gəlib.

Trend xəbər verir ki, bu
barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.




Səfər zamanı Lavrovun çinli həmkarı Van İ ilə görüşü nəzərdə
tutulur. Tərəflər ikitərəfli münasibətlərin gündəliyini və
beynəlxalq məsələləri, həmçinin Yaxın Şərqdə və Ukrayna ətrafında
yaranmış vəziyyəti müzakirə edəcəklər.

Rusiya XİN rəhbərinin səfəri aprelin 15-dək davam edəcək.