BDYPİ-dən yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət

Baş səhifə

Bakı. Trend:

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində
müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları
üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini
artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat
hadisələrinin başvermə riskini yüksəldir.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə
müraciətində deyilir.




Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün
qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət
etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat
vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil
manevrlərdən çəkinməyi xahiş edir.

Bildirilir ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və
səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol
hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.