
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə
əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur
Hidayətoğluya həvalə olunub.
Elnur Hidayətoğlu faktı Trend-ə təsdiqləyib.
Qeyd edək ki, E.Hidayətoğlu bu vaxta qədər departamentin
nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində
çalışıb. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin
edilmişdi.
Xatırladaq ki, ötən həftə TƏBİB-in İctimaiyyətlə əlaqələr və
kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova tutduğu
vəzifədən azad edilib.

