“Qalatasaray” çempionluq yolunda vacib xallar itirib – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXIX turun oyunları davam
edir.

Trend-in
məlumatına görə, lider “Qalatasaray” bu tur öz meydanında “Kocaelispor”u qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçəyə
razılaşan İstanbul təmsilçisi çempionluq yolunda vacib xallar
itirib.

Günün digər matçlarında “Konyaspor” “Karagümrük”ə 3:0 hesabı ilə
qalib gəlib, “Göztəpə” isə evdə “Kasımpaşa” ilə bacarmayıb –
3:0.




Bu nəticələrdən sonra “Qalatasaray” 68 xalla turnir cədvəlinə
başçılıq edir. Liderdən 2 xal geri qalan “Fənərbağça” 2-ci pillədə
qərarlaşıb. Üçüncü sıradakı “Trabzonspor”un 64 xalı var. “Beşiktaş”
isə 55 xalla 4-cü sırada yer alıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun
vurulacaq.