Ermənistan ilk dəfə Pakistana səfir təyin edib

Baş səhifə

Bakı.Trend:

Ermənistan Prezidenti Vaaqn Xaçaturnyan Karen Qriqoryanı
Ermənistanın Pakistandakı səfiri təyin edib.

Bu barədə Ermənistan KİV məlumat yayıb.




Bildirilib ki, Qriqoryanın iqamətgahı Əbu-Dabi şəhərində
yerləşəcək. Belə ki, o eyni zamanda Ermənistanın Birləşmiş Ərəb
Əmirliklərindəki səfiri vəzifəsini davam etdirəcək.

Qeyd edək ki, Ermənistanın onilliklər boyunca Pakistanla
diplomatik əlaqələri olmayıb. Bu əlaqələr yalnız 2025-ci ilin
avqust ayında qurulub.