Qətərdən Azərbaycana pul köçürmələri artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 15,705 milyon ABŞ dolları təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü
ildəki göstərici ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 25,5%
çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul
köçürmələrində Qətərin payı 1,3% təşkil edib.




2024-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 12,510 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki
şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139
milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə
müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları
təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1
milyon ABŞ dolları və ya 8,7% çoxdur.