Manuel Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

Baş səhifə
Manuel Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

“Report” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu 1/4 final mərhələsinin ilk oyununda “Real” (İspaniya) ilə keçirilən görüşdə (2:1) özünü yaxşı tərəfdən göstərib.

Qeyd edək ki, qolkiper səsvermədə David Raya (“Arsenal”), Xviça Kvaratsxeliya (PSJ) və Julian Alvarez (“Atletiko”) qabaqlayıb.