Gəncədə 25 yaşlı gəncin öldürülməsi ilə bağlı cinayət işi başlanıldı

Baş səhifə

Bakı.Trend:

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər
alması, yerləşdirildiyi xəstəxanada ölməsi barədə şəhər
prokurorluğuna məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ilkin araşdırmalarla cinayətin 1988-ci il
təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr
müəyyən edilib.




Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,
M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində
tutulub.

İbtidai istintaq davam edir.