“Xalq Həyat Sığorta” maliyyə vəziyyətini açıqlayıb

Baş səhifə
Xalq Həyat Sığorta maliyyə vəziyyətini açıqlayıb

“Xalq Həyat Sığorta” ASC 2025-ci ili 2,122 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 22,8 % çoxdur.

Ötən il “Xalq Həyat Sığorta”nın vergiyəqədərki mənfəəti 2,689 (əvvəlki ilə nisbətən 19,4 % çox), mənfəət vergisi ödəmələri isə 566 min manat (7,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta”nın aktivləri 31,911 milyon manat olub ki, bu da illik müqayisədə 8,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,1 % artaraq 14,06 milyon manata, balans kapitalı isə 6,7 % artaraq 17,851 milyon manata çatıb.

Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.