Miqrantları daşıyan qayıq La-Manş boğazında batıb, ölənlər var

Baş səhifə
Miqrantları daşıyan qayıq La-Manş boğazında batıb, ölənlər var

La-Manş boğazında Böyük Britaniyaya üzən miqrantları daşıyan kiçik qayığın batması nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli KİV-lərə və hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Bu gün qayıq qəzaya uğrayıb. Vəziyyət hələ də qiymətləndirilir”, – məlumatda bildirilib.

Qeyd edilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.