Türkiyə İrana tibbi lavazimatlarla dolu humanitar göndərib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu özünün “X” sosial media hesabında yazıb.
“Əvvəl insan prinsipi ilə könül coğrafiyamızın hər guşəsindəki məzlumlara dəstək olmağa, yaraları sağaltmağa və ümidləri yenidən cücərtməyə davam edirik. Bu inamla hazırlanmış tibbi ləvazimat və avadanlıqlarla yüklənmiş yardım TIR-larımız qonşu İrana doğru yola çıxıb. İnsanı həyatını diqqətdə saxlayan bir yanaşma ilə sahib olduğumuz bütün imkanları şəfa gözləyənlər üçün səfərbər etməyi davam etdirəcəyik”, – nazir qeyd edib.
Bizler, rotasını her daim kardeşliğe ve şifaya çeviren bir iyilik medeniyetinin temsilcileriyiz.
“Önce İnsan” anlayışıyla, gönül coğrafyamızın her köşesindeki mazlumlara destek olmaya, yaraları sarmaya ve umudu yeşertmeye devam ediyoruz.
Bu inançla hazırlanan tıbbi malzeme ve…
— Prof. Dr. Kemal Memişoğlu (@drmemisoglu) April 8, 2026
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

