Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam
etdirəcəyik.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib
Ərdoğan İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş
terror hücumunu şərh edərkən bildirib.

“Mənfur terror aktında biri ölü, ikisi yaralı olmaqla üç
terrorçu zərərsizləşdirilib, müdaxilə zamanı iki qəhrəman polis
əməkdaşımız yüngül xəsarət alıb




Hücumla bağlı həm İstanbul Baş Prokurorluğumuz, həm də polis və
kəşfiyyat qurumlarımız tərəfindən zəruri araşdırmalar sürətlə
başladılıb. Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir,
İstanbul Polisinə və İstanbul sakinlərinə “keçmiş olsun”
deyirəm.

Ərdoğan vurğulayıb ki, təxribatçıların Türkiyənin təhlükəsizlik
mühitinə zərər vurmasına imkan verilməyəcək.

Xəbər yenilənəcək