Gəncədə qadın dəm qazından boğularaq ölüb

Baş səhifə

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazisində qeydə alınıb.

Şəhər sakini, 1962-ci il təvəllüdlü S. Mehdiyevanın meyiti yaşadığı evin hamam otağında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.