Samux sakini bıçaqlanıb, dayısı şübhəli bilinir

Baş səhifə

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.