Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 71 manatdır.
İddiaçılar təkliflərini aprelin 20-nə qədər DRİ-nin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi, ev 12 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 20-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi “Abacus Audit And Consulting” MMC olub. Şirkətə 15 989 manat ödənilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

