İsrail Livanda “Əl-Qüds” və “İslami Cihad”ın mövqelərinə hücum edib

Baş səhifə
İsrail Livanda Əl-Qüds və İslami Cihadın mövqelərinə hücum edib

İsrail Müdafiə Ordusu “Əl-Qüds” qüvvələrinin Livan korpusuna hücum edərək növbəti zərbə dalğasını başa çatdırıb.

“Report” ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail təşkilatın infrastrukturuna, xüsusən də “Əl-Qüds”ün qərargahlarına silsilə zərbələr endirib.

“Livan korpusu “Hizbullah” və İran arasında əlaqələndirici halqa, eləcə də “Hizbullah”ın hakimiyyətinin artırılmasını və möhkəmləndirilməsini dəstəkləyən mexanizm rolunu oynayır”, – bəyanatda bildirilib.

İsrail ordusu əlavə edib ki, “İslami Cihad” təşkilatının “Hizbullah”la əlaqələndirmə və İsrailə qarşı əməliyyatların planlaşdırılması üçün istifadə olunan iki mövqeyinə də zərbələr endirilib.