Bakı. Trend:
ABŞ Yaxın Şərqə “USS George HW Bush” təyyarədaşıyan gəmisini
göndərir və bununla da bölgədə eyni vaxtda üç Amerika
təyyarədaşıyan gəmisinin yerləşdirilməsi qeyri-adi vəziyyət
yaradır.
Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” Amerika rəsmilərinə
istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarədaşıyan gəmi çərşənbə axşamı
Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Stansiyasından yola çıxıb.
Gəmi artıq bölgədə olan “Abraham Lincoln” zərbə qrupu ilə
birləşəcək və Xorvatiya limanında təmir olunan “Gerald R.Ford”
gəmisinə qoşulacaq.
Bu yerləşdirmə ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə
hərbi variantları nəzərdən keçirdiyi bir vaxta təsadüf edir. Ötən
həftəsonu isə Yaxın Şərq sularına dəniz ekspedisiya bölməsini
daşıyan desant gəmiləri daxil olmuşdu.

