
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv
yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik
tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz
olaraq davam etdirilib.
Görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə
547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
xxx
11:23
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv
yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik
tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində davam
etdirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 75-i azyaşlı olmaqla
ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Bildirilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri
FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və
Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional
mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

