“Brent” neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Baş səhifə
Brent neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib.

“Report”un xəbərinə görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 2,74 % artaraq 115,65 dollara çatıb.

Saat 02:25-ə qədər artım yavaşlayıb və kotirovkaları 115,40 dollara çatıb (2,51 % artım).