“Sərhədçi” komandası “Sumqayıt”ı məğlub edib

Baş səhifə
Sərhədçi komandası Sumqayıtı məğlub edib

“Sərhədçi” komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda “Sumqayıt”ı məğlub edib .

“Report” xəbər verir ki, B qrupunda yer alan komandaların dueli “Sərhədçi” İdman Mərkəzində keçirilib.

Görüş meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunun digər iki matçında “Ordu” komandası “Lənkəran”a qalib gəlib – 107:65. “Quba” komandası isə Quba Olimpiya Kompleksində “Naxçıvan”a 96:103 hesabı ilə məğlub olub.

Xal durumu: “Ordu” – 38, “Naxçıvan” – 36, “Sərhədçi” – 28, “Sumqayıt”, ‘Quba” – 27, “Lənkəran” – 24.