
Bakı. Trend:
Tailandın paytaxtı Banqkokda yük qatarı marşrut avtobusuna
çırpılıb. Nəticədə azı 8 nəfər həlak olub, 20-dən çox insan
yaralanıb.
Trend xəbər verir
ki, Tailad mediasına istinadən xəbər verir.
Məlumata görə, qəza günün ikinci yarısında şəhərin mərkəzində,
hava limanına gedən şəhər dəmir yolu xəttinin stansiyası
yaxınlığında baş verib.
Məlumata əsasən, dəmir yolu keçidinin qarşısında avtomobil
sıxlığı yaranıb və bu zaman relslərin üzərində olan avtobusa qatar
çırpılıb. Zərbənin təsirindən bir neçə nəqliyyat vasitəsi relslər
boyunca sürüklənib, daha sonra avtobus yanmağa başlayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım
briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara
çatdırılıblar.

