
Bakı.Trend:
ABŞ nümayəndə heyəti casusluq riski səbəbindən Çin səfəri zamanı
onlara verilmiş hədiyyələri özləri ilə vətənlərinə aparmayıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir
Nümayəndə heyəti, eləcə də onları müşayiət edən media
nümayəndələri “Air Force One” prezident təyyarəsinə minməzdən əvvəl
ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin tərəfinin
təqdim etdiyi bütün hədiyyələrdən imtina ediblər.
Bildirilir ki, Çin rəsmilərinin təqdim etdiyi bütün əşyalar, o
cümlədən mətbuat akkreditasiyaları, Ağ Ev əməkdaşlarının birdəfəlik
telefonları və nümayəndə heyətlərinin nişanları toplanaraq zibil
qabına atılıb.

