
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Afrika qitəsində fəaliyyət göstərən
İŞİD liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Trend xəbər verir ki,
o, bununla bağlı paylaşımı “Truth Social” sosial şəbəkəsində
edib.
Trampın sözlərinə görə, onun tapşırığı əsasında ABŞ hərbçiləri
Nigeriya Silahlı Qüvvələri ilə birlikdə Əbu Bilal əl-Minukiyə qarşı
xüsusi əməliyyat həyata keçiriblər.
“Bu axşam cəsur Amerika hərbçiləri və Nigeriya ordusu dünyanın
ən fəal terrorçularından biri hesab olunan Əbu Bilal əl-Minukinin
zərərsizləşdirilməsi üzrə mürəkkəb və dəqiq planlaşdırılmış
əməliyyatı uğurla icra etdi”, – deyə ABŞ Prezidenti qeyd edib.
O bildirib ki, ABŞ kəşfiyyatı terrorçunun Afrika regionundakı
fəaliyyəti barədə davamlı məlumat əldə edib və onun aradan
götürülməsi İŞİD-in bölgədəki imkanlarına ciddi zərbə vurub.
Tramp əlavə edib ki, Əbu Bilal əl-Minuki artıq nə Afrika
ölkələrinin əhalisi üçün təhlükə yaradacaq, nə də ABŞ
vətəndaşlarına qarşı planlaşdırılan terror əməliyyatlarında iştirak
edə biləcək.
ABŞ Prezidenti əməliyyat zamanı göstərilən dəstəyə görə Nigeriya
hökumətinə təşəkkürünü də ifadə edib.

