Tramp Tayvana silah satışını dayandırdı

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Tayvana 12 milyard dollarlıq silah tədarükü məsələsinin Çinlə münasibətlərdən asılı olaraq hələlik dayandırıldığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Donald Tramp Çin Prezidenti Si Cinpinlə keçirdiyi danışıqlardan sonra “Fox news”a açıqlama verib.

Tramp qeyd edib ki, Vaşinqton bu məsələni hazırda ehtiyat variant kimi saxlayır: “Mən bunu hələlik rezervdə saxlayıram və hər şey Çindən asılıdır. Açığı, bu, bizim tərəf üçün danışıqlarda çox yaxşı kozırdır”.

Qeyd edək ki, ABŞ-ın Tayvana silah satışı məsələsi uzun illərdir Vaşinqtonla Pekin arasında əsas gərginlik mövzularından biri hesab olunur.