
Bakı. Trend:
İlon Maskın xAI şirkəti proqram kodlarının yaradılması üçün
nəzərdə tutulmuş “Grok Build” adlı yeni süni intellekt agentini
təqdim edib.
Trend “Bloomberg”ə istinadla xəbər verir ki, məhsul hazırda
ilkin sınaq mərhələsindədir və yalnız pullu istifadəçilər üçün
əlçatandır. “Grok Build” istifadəçi komandaları əsasında mürəkkəb
kodlaşdırma tapşırıqlarını yerinə yetirə bilir.
Yeni məhsul xAI-nin “Anthropic” və onun “Claude Code” sistemi
kimi rəqiblərlə süni intellekt əsaslı proqramlaşdırma alətləri
bazarında mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.
“Bloomberg”in məlumatına görə, xAI bəzi rəqiblərindən geri
qaldığını etiraf edir. Şirkət hazırda yenidənqurma, yeni
tərəfdaşlıqlar və işə qəbul prosesini sürətləndirir.

