
Bakı. Trend:
“Liverpul” mövsümün sonunda komandadan ayrılacağı gözlənilən
Alisson Bekerə əvəzləyici axtarırı.
Trend xarici
mediaya istinadənxəbər verir ki, Premyer Liqa nəhənginin əsas
hədəfi “Sanderlend”də çıxış edən Robin Roefsdir. Bu barədə “Caught
Offside” məlumat yayıb.
“Qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slot həmyerlisini
komandasında görmək istəyir. Klubu 23 yaşlı qapıçı üçün 40 milyon
avro tələb edir.
Qeyd edək ki, “Sanderlend” Robin Roefsi mövsümün əvvəlində “NEK
Niymeqen”dən 10,5 milyon avroya transfer edib. Niderland millisinin
üzvü “qara pişiklər”in heyətində 35 rəsmi matçda meydana çıxıb.

