Dağıstanda leysan yağışları səbəbindən 60 mindən çox insan işıqsız qalıb

Baş səhifə
Dağıstanda leysan yağışları səbəbindən 60 mindən çox insan işıqsız qalıb

Bölgədə güclü leysan yağışlarından sonra Dağıstanı su basıb, güclü su axınları avtomobilləri yuyub aparır.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – şəhərdə 20-yə yaxın ev su altında qalıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilib, 60 mindən çox insan işıqsız qalıb.

Dərbənddə yerli çaylar daşması nəticəsində yolları su basıb.