Azərbaycan qara metal ixracından gəlirini artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 15,5 milyon ABŞ
dolları dəyərində 11,7 min ton qara metallar və onlardan hazırlanan
məmulatlar ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 milyon ABŞ
dolları və ya 31,9% artıb, həcm baxımından isə 97 ton və yaxud 0,8%
azalıb.




Hesabat dövründə ixrac olunan qara metallar və onlardan
hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,42%,
qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,67% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana
191,3 milyon ABŞ dolları dəyərində 167,4 min ton qara metallar və
onlardan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 6,3 milyon ABŞ
dolları və ya 3,2% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkəyə
idxal olunan sözügedən məmulatların həcmi açıqlanmadığından
dinamikası göstərilməyib.

Hesabat dövründə idxal olunan qara metallar və onlardan
hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 7,36%-ə bərabər
olub.