
Bakı. Trend:
Çinin Honq-Konq muxtar bölgəsinin qanunvericiliyində hüquq
mühafizə orqanları əməkdaşlarına daha böyük səlahiyyətlər verən
qanun dəyişikliyi qəbul edilib.
Trend xəbər verir
ki, bu barədə “The Guardian” nəşri yazır.
Dəyişikliyə əsasən Honq-Konq polisi artıq şəhərin milli
təhlükəsizlik qanununu pozmaqda şübhəli bilinən şəxslərdən mobil
telefon və ya kompüter şifrələrini təqdim etmələrini tələb edə
biləcək.
Qanuna edilən dəyişikliklər həmçinin gömrük əməkdaşlarına
“qiyamçı niyyət” daşıdığı hesab edilən əşyaları müsadirə etmək
səlahiyyəti verir.
Tələblərə əməl etməkdən imtina edənlər bir ilədək həbs və 100
min Honq-Konq dollarınadək (12 773 ABŞ dolları) cərimə ilə üzləşə
bilər, yanlış və ya çaşdırıcı məlumat təqdim edənlər isə üç ilədək
həbs və 500 min Honq-Konq dollarınadək cərimə ilə cəzalandırıla
bilər.

