Misli Premyer Liqasında XXV tura start veriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Trend xəbər verir
ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.




Günün ilk oyununda “Karvan” doğma meydanda “Zirə”ni qəbul
edəcək. Görüş saat 15:00-da başlayacaq. Hazırda meydan sahibləri 8
xalla sonuncu, qonaqlar isə 39 xalla 4-cü pillədə
qərarlaşıblar.

Turun digər oyununda isə “Sumqayıt” “Sabah”ın qonağı olacaq.
Qarşılaşma saat 19:15-də start götürəcək. Meydan sahibləri 32 xalla
7-ci, qonaqlar isə 59 xalla 1-ci pillədə qərarlaşıblar.