Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində deflimpiya karateçiləri
arasında beynəlxalq turnir keçirilib.
Trend xəbər verir
ki, Azərbaycanın deflimpiya karateçiləri turnirdə üç idmançı ilə
təmsil olunublar. Yarışda Qasımzadə Elnur (-67 kq), Əlizadə Ələkbər
(-75 kq) və Sahibli Sahib (-84 kq) iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, Elnur Qasımzadə fərdi kateqoriyada
bürünc medal qazanıb. Komanda döyüşlərində isə Azərbaycan yığma
komandası gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə Azərbaycan
Karate Federasiyasının deflimpiya üzrə baş məşqçisi Seymur
Xudaverdiyev və hakim Şahin Xudaverdiyevin rəhbərliyi ilə iştirak
edib.

