“Bayer” “Arsenal”la heç-heçə oynadı – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu
keçirilib.

Trend xəbər verir ki,
İngiltərənin “Arsenal” klubu Almaniyada “Bayer”in qonağı olub.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.




İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarının əvvəlində –
46-cı dəqiqədə Robert Andrix fərqlənib. London təmsilçisi
məğlubiyyətdən matçın sonlarına yaxın xilas ola bilib. Təyin olunan
penaltini 89-cu dəqiqədə Kay Haverts dəqiq yerinə yetirib.

Komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.