Bakı. Trend:
Yevlax rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt
hadisə baş verib.
Trend xəbər verir ki, hadisə
rayonun Qaraçılar məhəlləsində qeydə alınıb. Məlumata görə, 2024-cü
il təvəllüdlü azyaşlı valideyn nəzarətindən kənarda qaldığı zaman
yaxınlıqdan keçən su arxına düşüb və boğulub.
Ailə üzvləri hadisədən xəbər tutaraq uşağı sudan çıxarsalar da,
onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

