
Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk
oyunlarına yekun vurulacaq.
Trend-in məlumatına görə,
günün ilk matçı Almaniyada “Bayer” və İngiltərənin “Arsenal”
komandaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat
21:45-də başlayacaq.
Digər üç görüş isə gecə saat 00:00-da start götürəcək. Norveçin
“Budyo Qlimt” klubu Portuqaliya “Sportinq”ini, Fransanın PSJ
komandası İngiltərənin “Çelsi” kollektivini, İspaniya “Real
Madrid”i isə İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni qəbul
edəcək.
Qeyd edək ki, ötən gün baş tutan matçlarda Türkiyə
“Qalatasaray”ı evdə İngiltərə “Liverpul”unu 1:0, Almaniya
“Bavariya”sı İtaliyada “Atalanta”nı 6:1, İspaniya “Atletiko”su
doğma meydanda İngiltərə “Tottenhem”ni 5:2 hesabı ilə məğlub edib.
“Nyukasl” (İspaniya) – “Barselona” (İspaniya) matçında isə qalib
müəyyənləşməyib – 1:1.

