Ramazanın 19-cu gününün duası – İftar və imsak vaxtları

Baş səhifə

Bakı. Trend:

Sabah Ramazan ayının 19-cu günüdür.

Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 9-da Bakıda imsak saat 05:36-da, iftar isə
saat 18:55-dədir.

Ramazan ayının 19-cu gününün duası:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili
ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən
iləl-həqqil-mubin”.




Tərcüməsi:

“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə
doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum
etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.

Allah orucunuzu qəbul etsin!