Yulian Brandt cari mövsümün sonunda “Borussiya”dan ayrılacaq

Baş səhifə
Yulian Brandt cari mövsümün sonunda Borussiyadan ayrılacaq

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Yulian Brandt cari mövsümün sonunda komandadan ayrılacaq.

“Report” xəbər verir ki, almaniyalı yarımmüdafiəçi 2025/2026 mövsümü başa çatdıqdan sonra Dortmund təmsilçisini azad agent kimi tərk edəcək.

29 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi yaxın aylarda müəyyənləşəcək.

Qeyd edək ki, Yulian Brandt “Borussiya”nın heyətində 7 ildir çıxış edir.