Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

Baş səhifə
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

Samuxda qadın bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə isə oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir, o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.