Bu günə qədər keçirilən “Yüksəliş” müsabiqəsinin 5 mövsümündə ümumilikdə 69 min 963 nəfər iştirak edib.
“Report” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, onlardan 116 nəfər qalib adını qazanıb:
“Müsabiqə iştirakçılarının 30,45 faizi qadın, 69,55 faizi kişi olub”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

